“Axırıncı dəfə hava limanında keçən il olmuşam” –Əbülfəs Qarayev danışdı

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Sabiq nazir Modern.az-a açıqlamasında haqqında yayılan xəbəri yalanlayıb.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bundan xeyli əvvəl – mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neftçi” – “Olimpiakos” oyunu başlayıb –

Sonrakı məqalə

ABŞ dövlət katibinin köməkçisi Ceyhun Bayramova zəng vurdu –