Axtarışda olan şəxslər Rusiya və Gürcüstanda tutularaq Azərbaycana gətirilib 

28 Avqust 2019 - 20:06

Axtarışda olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya  verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 ( Xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov  Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.

RPŞ-in əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.