AYB Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək

Azərbaycan Yazıçılar Birliyi (AYB) Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza APA-ya bildirib ki, AYB bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul vəsaitinin köçürülməsi ilə bağlı qərar qəbul edib.

Onun sözlərinə görə, AYB Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyir.

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. İnanırıq ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”, – deyə X. Rza vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Kəşfiyyat Şurasının 10 il əvvəl verdiyi koronavirus PROQNOZU –

Sonrakı məqalə

BŞBPİ: