“Aygün Bəylərin müalicəsi Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü”

Mərhum Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

“Yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əmədar artist Aygün Bəylərin cənazəsi hazırda Ankaradan təyyarə ilə ölkəmizə gətirilir. Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.

Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.