Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

“Ayıb deyil sizə, bir vicdanınız olsun…” –

User 30 Sentyabr 2025 - 10:30 (Last updated: 30 Sentyabr 2025 - 00:11)
heyder02

34 il əvvəl Azərbaycan Ali Sovetinin iclasında iştirak edən deputat Heydər Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyinin və erməni separatiziminə qarşı mübarizəni ölkə qarşısında duran vacib prioritetlər kimi bəyan etmişdi. 

AzPost bildirir ki, 7 mart 1991-ci ildə keçirilmiş sessiyada müzakirə mövzusu SSRİ-nin saxlanması üçün nəzərdə tutulmuş yeni İttifaq müqaviləsi ilə bağlı referendum olub.

Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev Azərbaycanın kommunist çoxluğundan ibarət deputat qrupunun etirazı və hay-küyü ilə üz-üzə qalıb.

Araşdırmaçı jurnalist Füzuli Sabiroğlu şəxsi arxivindən həmin iclasla bağlı nadir görüntüləri paylaşıb. Bu kadrlarda salonda oturan tanınmış ictimai-siyasi şəxsləri də görmək olur. Bu sırada Rəsul Quliyev, Vahid Əhmədov və görmək mümkündür.

Əvəvlcədən öyrədilmiş deputat qrupu Heydər Əliyev danışarkən onun çıxışını kəsmək istəyir, replika atır, “reqlament” çığırırlar.

AzPost həmin iclada iştirak edən deputat Heydər Əliyevin çıxışını tapıb.

H.Əliyev deyib ki, təyin olunmuş referendumda Azərbaycan xalqının gələcək taleyi həll olunur:

“Dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır”.

“Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum İttifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyfsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm”.

“Mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirşəlişi hərəkatı inkişaf edir”.

“Bəziləri respublikamızın müstəqil, İttifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin çıxışındakı bir çox müddəalarla mən razı deyiləm”.

“Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni İttifaq müqaviləsindən imtina etməsinə daha çox əsası var. Üç ildir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub. Lakin İttifaq dövləti bu vəziyyətin aradan qaldırılması üçün səmərəli tədbirlər görməyib.

1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

“Sessiyanın gedişi bir daha göstərdi ki, Ali Sovetin qarşısında çox böyük və mürəkkəb vəzifələr durur. Lakin ən əsas vəzifə respublikanın ərazi bütövlüyünü bərpa etmək və xalqımızı erməni təcavüzündən qorumaqdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin platforması xalqı birləşdirə bilməz.  Kommunist Partiyası hakimiyyətdən tamamilə imtina etməlidir. Yuxarıdan aşağıya qədər partiya komitələrinin katibləri eyni zamanda sovet orqanlarında rəhbər vəzifə tutmamalıdırlar. Demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidir. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olmalıdır”.

Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq”.

“Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.

Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.

 

https://www.youtube.com/watch?v=PWuMnOt14Mw

AzPost.az

Post navigation

Previous: Səudiyyə Electronic Arts-ı 55 milyard dollara aldı
Next: Əfqanıstanda internet xidməti tamamilə kəsilib

Oxşar xəbərlər

kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15

xƏBƏR

kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Bəzən insan illər əvvəl eşitdiyi bir mahnını yenidən dinləyəndə uşaqlığını xatırlayır. Köhnə bir kitab, ailə albomu və...
Read more about Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.