Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyarbın 14-də baş verib. Belə ki, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.