Azərbaycanda daha 1 410 nəfərdə COVID-19 aşkarlanıb - OPERATİV QƏRARGAH
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14 875 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 140, ötən müddət ərzində isə ümumilikdə 1 429 508 test aparılıb.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...