Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölkədə son sutka ərzində 8 043, hazırkı dövrədək isə 2 563 101 test aparılıb.