Azərbaycan əhalisinin sayı nə qədərdir?

15 İyul 2021 - 10:12

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.