Xırdalanda zibil daşır, çirkli su axır… İcra hakimiyyəti hara baxır? –FOTOLAR

Xırdalanda Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətində qalaqlanmış zibillər daşınmaması sakinlərdə narazılıq yaradıb. 
Azpost.info bildirir ki, tanınmış iqtisadçı ekspert Samir Əliyev bununla bağlı fotoları paylaşıb.
O qeyd edib ki, Abşeron icra hakimiyyəti binanın həyətində qalaqlanan məişət tullantılarının daşınmasına məsul olsalar da addım atmırlar: “Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm”.
S.Əliyevin sözlərinə görə, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir: “Hər gün bu natəmizliyin yanından xeyli uşaqlar keçir və onlar ayaqlarını maşının çirkab su axıtdığı yola qoymalı olur. Abşeron İH hakimiyyəti göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır….”
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Moskvaya milli azadlıq hərəkatını, 20 yanvarı xatırlatmaq lazımdır”

Sonrakı məqalə

Azərbaycan əhalisinin sayı nə qədərdir?