Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan ərazisində radioloji vəziyyət necədir?

User 06 Sentyabr 2025 - 13:45 (Last updated: 06 Sentyabr 2025 - 12:30)
radiasiya

Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanma səviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olması müəyyənləşdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat verilib.

Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdə radionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbii radionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterik kiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir:

“İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli, Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmış radiometrik ölçmələrin nəticələri də qeyd olunmuş göstəricilərlə uyğunluq təşkil edir, yəni qeyd edilmiş hərbi münaqişə zamanı da ölkəmizin əraziləri antropogen xarakterli radioaktiv çirklənməyə məruz qalmayıb.

Əhalinin bu ərazilərlə ilin əksər müddətində fasiləsiz təması halında belə ölkə ərazisində müşahidə edilmiş (və yuxarıda qeyd olunmuş) radioaktiv şüalanma səviyyəsi ilə “Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında” Qanununda göstərilmiş dinc əhali üçün yol verilən illik udulan radioaktiv şüalanma dozası həddindən (100 milliRentgen və ya 1 milliZivert) artıq doza yaranması mümkün deyil, yəni bu ərazilər əhalinin yaşaması üçün radioaktiv çirklənmə cəhətdən tam təhlükəsizdir.

Yalnız Kəlbəcər rayonunun qərbindəki dağ massivində bəzi təbii soyuq və isti su bulaqları ətrafında lokal sahələrdə təbii radioaktiv fonun 2 dəfədən 15 dəfəyədək yüksək qiymətləri və həmin bulaqlar ətrafındakı lokal sahələrdə suyun yer altından üzə çıxması ilə yanaşı müşaiyətedici təbii radionuklidlərin kiçik konsenrasiyalarının da üzə çıxaraq torpaq səthində akkumulyasiyası təbii prosesi müşahidə edilir”.

Həmçinin, qeyd edilib ki, 2016-cı ildən başlayaraq Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən respublikanın bütün rayonlarında münbit torpaq layının, yaşıl bitki örtüyünün və bütün böyük su mənbələrinin mineral tərkibləri, həmçinin mövcud olan iz miqdarında təbii izotopların miqdarları təyin edilib, təbii radioaktiv fonun ölçülməsi, radioaktiv şüalanma növlərinin qiymətləndirilməsi aparılıb. Tədqiqatlar bu günədək mütəmadi olaraq davam etdirilir. Tədqiqatların nəticələri aşağıdakı kimidir:

“Bakı şəhərinin yaşayış məntəqələrində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,035-0,045 mkrZv/saat, alfa şüalanmanın 0,01-0,04 Bq/sm2, Sumqayıt şəhərinin yaşayış məntəqələrində doza gücünün 0,015-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,030-0,045 mkrZv/saat, alfa şüalanmanın 0-0,05 Bq/sm2 qiymətləri təyin edilib.

Sədərək rayonunda təbii radioaktiv şüalanma doza gücünün 0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0-0,11 Bq/sm2, Naxçıvan şəhərində və Ordubad rayonu ərazilərində doza gücünün 0,045-0,082 mkrZv/saat, alfa şüalanmanın 0-0,01 Bq/sm2, Beyləqan-İmişli rayonları ərazilərində doza gücünün 0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2 qiymətləri təyin edilib.

Ölkənin cənub, mərkəzi, şimal-şərq, şimal qərb rayonları ərazilərində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,140 mkrZv/saat, alfa şüalanmanın 0-0.03 Bq/sm2 qiymətləri təyin edilib”.

AzPost.az

Post navigation

Previous: ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək
Next: “BMW” yeni elektrikli avtomobillərini təqdim edib

Oxşar xəbərlər

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05

xƏBƏR

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi etmək istəyən istifadəçilər şəxsiyyətlərini rəqəmsal...
Read more about MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.