“Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməyib” –İran XİN-dən AÇIQLAMA

“Bütün qonşu ölkələr İrana qarşı öz ərazilərindən sui-istifadəyə icazə verməyib“.

AzPost bildirir ki, bu barədə İran XİN-in sözçüsü Esmail Bəqai bugün keçirdiyi mətbuat konfransında İsrail PUA-larının Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialara cavabında deyib.

İran rəsmisi bu tip iddiları rədd edib.

Onun sözlərinə görə,istisnasız olaraq, bütün qonşu ölkələr öz məkan və ərazilərindən İrana qarşı təcavüzkar hərəkətlər üçün İsrailin in istifadə etməsinə icazə verməyəcəklərini bəyan ediblər.

“Bu ölkələrlə media hesabatlarında iddia olunan məsələni müzakirə etdik və onların izahatlarını eşitdik. Əminliklə demək istəyirəm ki, bütün hallar müvafiq ölkələr tərəfindən açıq və qətiyyətlə rədd edilib və belə bir sui-istifadəyə icazə verilməyib və gələcəkdə də verilməyəcək”-deyə XİN sözçüsü vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.