Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb- Cənubi Koreyanın nazir müavini

“COP inkişaf etməkdə olan dünyanın iqlim dəyişikliyi problemlərinin maliyyələşdirilməsi öhdəliyini yenidən nəzərdən keçirmək üçün ölkələrin bir araya gəldiyi önəmli bir platformadır”.

Bunu Cənubi Koreyanın iqlim dəyişiklikləri üzrə nazir müavini Keeyong Chung deyib.

O qeyd edib ki, Cənubi Koreya Paris razılaşması kontekstində inkişaf etməkdə olan ölkədir: “Ancaq biz bu istiqamətdə dünya ehtiyaclarına öz töhfəmizi verməyə çalışırıq”.

Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə hazırlaşdığını bildirən nazir müavininin sözlərinə görə, COP29 tədbirində könüllülər tərəfindən səmimi qarşılanması olduqca sevindirici haldır(azərtac).

Əvvəlki məqalə

Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötür

Sonrakı məqalə

Xəzər sahilində ekoloji aksiya –