“Azərbaycan-Ermənistan sərhədi bərpa edilməlidir və ediləcək” –

Müsavat başqanı Arif Hacılı
15 May 2021 - 12:31
“Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik”.
Azpost.info bildirir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı bildirib.
Onun sözlərinə görə, baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır: “Bizim populistlərinin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir. Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir və ediləcək”.