Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus saxta nömrə ilə avtomobil sürən şəxs saxlanılıb-FOTO

Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb.

Azpost.info Azərtac-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisindən məlumat verilib.

Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəmişdi.

Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb.

Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan-Ermənistan sərhədi bərpa edilməlidir və ediləcək” –

Sonrakı məqalə

Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib –