Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Düşənbədə görüşəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Twitter”də bildirib.
Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşəbədə səfərdə olacağını bildirib.
“Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Xarici işlər naziri MDB ölkələrindən olan digər həmkarları ilə də görüşlər keçirəcək”, – Ermənistan XİN sözçüsü bildirib.
Xatırladaq ki, 12 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb. Nazir Ceyhun Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.