Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edir

Gürcüstanda keçirilən çoxmillətli “Agile Spirit” hərbi təlimi davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.

“Agile Spirit 2025” regionun iki ölkəsində – Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.