Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub

09 Mart 2020 - 15:55

Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

C.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.