İran müvəqqəti evə buraxdığı 70 min məhbusu həbsxanaya qaytarmayacaq

İran koronavirus təhlükəsinə görə müvəqqəti olaraq sərbəst buraxdığı 70 min məhbusu ictimai təhlükəsizlik olmayanadək həbsxanaya qaytarmaq niyyətində deyil. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi bildirib.

“İctimai təhlükə yaratmayanadək məhbusların sərbəst buraxılması davam edəcək”, – o vurğulayıb.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub

Sonrakı məqalə

Tozlu hava şəraiti davam edəcək