Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə verməyə çalışacaq- PREZİDENT

COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.

Əvvəlki məqalə

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirlməsi deməkdir

Sonrakı məqalə

Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib