Azərbaycan kərə yağının idxalına çəkdiyi xərci 33 % artırıb

Süd
Süd

Bu ilin I yarısında Azərbaycan 13 min 554 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

AzPost Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 94 milyon 600 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 45 ton (0,3 %), dəyər baxımından isə 23 milyon 556 min ABŞ dolları (33,1 %) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.