“Azərbaycan Qafqazda Rusiyanın paradiqmasını pozdu” –SAAKAŞVİLİ

“Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə açılması Rusiyanın Cənubi Qafqazda əsas paradiqmasını pozub”.
Azpost.info bildirir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz paylaşımında bildirib.
Onun sözlərinə görə, Rusiyanın artıq 3 Qafqaz ölkəsi arasında dəstəyi yoxdur.
Saakaşvili yazıb ki, Ukrayna bütün hallarda Qərbin dəstəyi ilə Rusiyaya qalib gələcək. Bu isə Rusiyanın suqutu prosesinin başlanğıcı olacaq.
O, ölkədə seçkiərə hazırlaşmağın mühüm olduğunu vurğulayıb: “Biz başa düşməliyik ki, dəyişikliklər mümkün qədər tez baş verməlidir. Seçkilərə qədər seçkini udmaq lazımdır. Avropa İttifaqına namizədlik statusundan imtina olunması ilə hansısa hadisələrin başlanacağı, naməlum gənclərin meydana çıxacağı, müxalifətin ona qoşulacağı  barədə illyuziyanı bir kənara atmaq lazımdır.  Gürcüstana bu status geopotik səbəbdən veriləcək. Bu isə gürcülərin gündəlik həyatını dəyişməyəcək”.
Saakaşvili ölkədə olduğunu və bütün ləyaqətli adamları birləşdirməyə hazırlaşdığını bildirib.
Azpost.info
Əvvəlki məqalə

Gəncədə evdəki yanğında 1600 dekorativ quş yanıb

Sonrakı məqalə

Separatçı rejimin sabiq “xarici işlər naziri” David Babayan həbs edilib –