Gəncədə evdəki yanğında 1600 dekorativ quş yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Eti Qurbanov küçəsində qeydə alınıb. Şəhər sakini 1955-ci il təvəllüdlü Natiq Məmmədova məxsus ümumi sahəsi ümumi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları , 1-ci mərtəbəsində olan qarajın dəmir konustruksiyaları və içərisindəki iki minik maşını yanıb.

Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 240 kv.m olan qaraj və içərisində VAZ 2104 markalı və VAZ 2107 markalı minik avtomobilllər təmamilə yanıb. Qarajın mansarında 8 növdə 1600 ədəd dekorativ quş yanıb. Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb, yaxınlıqdakı evlər mühafizə olunub. Qatı tüstülənmədən yanan tikiliyə bitişik evdən 5 nəfər təxliyyə olunublar.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)

Əvvəlki məqalə

İcma əsaslı məktəb modeli təcrübəsinin inkişafı üçün təkliflər hazırlanıb

Sonrakı məqalə

“Azərbaycan Qafqazda Rusiyanın paradiqmasını pozdu” –