Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni fürsət açıb.
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda “Türk evi”ndə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Hakan Fidanın sözlərinə görə, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir: “Biz sülh və əmin–amanlığın bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.
Nazir onu da əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün Qarabağda antiterror tədbirləri həyata keçirməyə məcbur olub.