Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edib

02 Dekabr 2020 - 22:11

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.