Azərbaycan vətəndaşları da Gürcüstandan deportasıya edilib

Son günlər ərzində Gürcüstanda qanuni əsas olmadan yaşayan 31 əcnəbi ölkədən çıxarılıb. AzPost xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Daxili İşlər Nazirliyindən verilib.

Deportasiya edilən şəxslər arasında Azərbaycan, Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları var. Yerli qanunvericiliyə əsasən, onların gələcəkdə Gürcüstana girişi qadağan olunub.

Qeyd edilir ki, bu il Gürcüstandan artıq mindən çox əcnəbi deportasiya edilib ki, bu da son üç ildə ölkədən qovulmuş şəxslərin ümumi sayını xeyli üstələyir. Mütəxəssislər bildirirlər ki, bu tədbirlər ölkədə qanuni həyat tərzinin qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.