Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İspartada hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

“Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik”.

Əvvəlki məqalə

ANAMA-nın 3 əməkdaşı Füzulidə yol qəzasında xəsarət alıb

Sonrakı məqalə

Azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat var