Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda ən çox uzunömürlülərin yaşadığı bölgələrin adları açıqlanıb

Orkhan Ali 02 Mart 2024 - 11:17 (Last updated: 21 May 2025 - 20:15)
17093625991237924220_1200x630

Azərbaycanda ən çox uzunömürlü Qarabağ və Cənub bölgəsində, ən az Abşeron yarımadasında qeydə alınıb. Cənub bölgəsində əldə olunan siyahılarda 90-92 yaşına qədər kişi uzunömürlülər, 94-100 yaşına qədər isə qadın uzunömürlülər liderlik edir. Ölkədə uzunömürlülüyün əsas səbəbləri ekoloji mühit, sakit həyat tərzi, qidalanma, əsasən ağartı məhsulları, övlad-valideyn münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Bu barədə Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova məlumat verib. İnstitutun direktoru, həmçinin Azərbaycanda herontoloji tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq və s. məsələlər barədə danışıb. Onun sözlərinə görə, son illərdə institutda qocalma və uzunömürlülüyün molekulyar genetik və fizioloji əsaslarının öyrənilməsi ilə yanaşı, sosial əhəmiyyətli yaş xəstəliklərinin diaqnostikası və profilaktikasına innovativ yanaşmaların işlənməsi istiqamətində də işlər aparılır: “Hazırda xarici həmkarlarımızla birgə molekulyar tibbin imkanlarından istifadə etməklə qocalma və müxtəlif yaşla bağlı xəstəliklərin diaqnostikası üçün biomarkerlər panelinin işlənib-hazırlanması üzrə tədqiqatlar həyata keçirilir. Bu üsulun köməyilə ilk dəfə olaraq uzunömürlülər də daxil olmaqla müxtəlif yaş qruplarında qocalma biomarkerləri sayılan melatoninin və sirtuin zülallarının səviyyəsi ürək-damar sisteminin statusu ilə əlaqəli araşdırılıb. Bu tədqiqatların nəticələri ürək-damar xəstəliyi olan heriatrik pasiyentlərdə müalicə taktikasının müəyyənləşdirilməsi üçün də əhəmiyyət kəsb edir. Hazırda bu tədqiqatlar davam etdirilir”.

İnstitutun direktoru qeyd edib ki, ekoloji fiziologiya sahəsində müxtəlif mənşəli ətraf mühit faktorlarının, çirkləndiricilərinin fizioloji təsirlərinin tədqiqi, ekoloji statusun monitorinqi üçün innovativ yanaşmaların işlənməsi istiqamətlərində fundamental və tətbiqi əhəmiyyətli işlər planlaşdırılıb: “Xəzər dənizinin Azərbaycan sahilyanı zonasının ekoloji vəziyyətinin indikator balıq növlərindən istifadə etməklə fizioloji, biokimyəvi və genotoksiki göstəricilər əsasında qiymətləndirilməsi, müvafiq monitorinq metodikalarının işlənməsi üzrə tədqiqatlar həyata keçirilir. Eyni zamanda, toksiki maddələrin, o cümlədən neftin, pestisidlərin və ağır metalların canlı orqanizmlərə təsiri tədqiq edilir. Təbii şəraitdə aparılan tədqiqatlar su ekosistemlərində yaşayan balıqların sağlamlıq statusunun qiymətləndirilməsinə yönəlib və monitorinq xarakteri daşıyır. Eksperimental tədqiqatlarda isə müxtəlif toksiki maddələrin təsiri araşdırılır və pozulmuş funksiyaların farmakoloji korreksiyası imkanları öyrənilir”.

Ulduz Həşimova bildirib ki, neyrofiziologiya sahəsində müasir elmin mühüm problemlərindən biri olan beynin inteqrativ fəaliyyətinin molekulyar əsaslarının öyrənilməsi üzrə tədqiqatlar aparılır. Bu baxımdan uzunmüddətli yaddaşın yaranmasında iştirak edən zülalların tədqiqi, neyronların remodelləşməsi, yeni neyronların yaranması proseslərinin öyrənilməsi çox vacibdir və aparılan eksperimental tədqiqatlar yaddaş prosesinin molekulyar mexanizmləri haqqında yeni biliklərin toplanmasına imkan verir.

Fiziologiya İnstitutunun rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ənənəvi olaraq uzunömürlülər diyarı sayılır. Ötən əsrin sonlarından başlayaraq Azərbaycanda uzunömürlülük indeksi yüksək olan populyasiyalarda aparılan kompleks biotibbi tədqiqatların nəticələri əsasında ölkənin ayrı-ayrı rayonlarında “təbii uzunömürlülük ocaqlarının” olması aşkar edilib. Bu rayonlarda bir sıra təbii-ekoloji və digər amillərin qarşılıqlı əlaqəsi nəticəsində yerli əhali arasında təbii-tarixi olaraq uzunömürlük fenomeni müşahidə edilir.

“Bizim herontoloji aradışdırmalarımız göstərir ki, Qafqaz xalqları arasında ən yüksək uzunömürlülük indekslərindən biri tarixən Qarabağda rast gəlinir. Cənub bölgəsində uzunömürlülərin populyasiya-genetik, sosial bioloji və fizioloji xüsusiyyətlərinin müqayisəli tədqiqi üzrə işlərimiz davam etdirilir”, – deyə Ulduz Həşimova fikrini yekunlaşdırıb(azərtac).

Post navigation

Previous: Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Next: Azərbaycanda kommunal xidmətlərdən istifadə asanlaşdırılır

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.