Azərbaycanda 89 nəfər koronavirusa yoluxub –

132 nəfər sağalıb, 3 nəfər ölüb
07 Sentyabr 2020 - 17:01

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37418 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.