Xarici diplomatlar Kəlbəcərdə “Yuxarı Vəng” SES-ə baş çəkiblər- FOTO

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelər bu gün Kəlbəcərə səfər çərçivəsində “Yuxarı Vəng” Su Elektrik Stansiyasına (SES) baş çəkiblər.

Diplomatlara məlumat verilib ki, Kəlbəcərə rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” SES bu il sentyabrın 2-də işə salınıb.

Stansiyanın gücü, texniki imkanları, fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar stansiya ilə yaxından tanış olublar.

Əvvəlki məqalə

“Erməni əsirlərin məsələsi sülh sazişi ilə həll olunmalıdır”

Sonrakı məqalə

Ermənistan Azərbaycanda keçiriləcək COP29 sammitində iştirak edəcək?