Azərbaycanda daha 106 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 825 337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.

Ölkədə son sutka ərzində 2184, hazırkı dövrədək isə 7 405 485 test aparılıb.

Əvvəlki məqalə

“Milad bayramı üçün hədiyyə olaraq bir az sülh istərdim”

Sonrakı məqalə

Azərbaycan Prezidentinin Rumıniyaya işgüzar səfəri başa çatıb