Azərbaycanda kimlər 10 ildən çoxdur icra başçısı postunu tutur? –

Sırada 29 ildir başçı olanı da var (SİYAHI)
07 May 2021 - 23:05

Azərbaycanın 17 rayonunda icra hakimiyyəti başçısı vəzifəyə 10 il öncə və ya daha əvvəl təyin olunub.

2011-ci ildən Qobustanda Adil Məmmədov, Füzulidə Alı Alıyev, Oğuzda Eyvaz Qurbanov, Daşkəsəndə Əhəd Abıyev, Balakəndə İslam Rzayev, Zəngilanda Ramiz Həsənov, Bərdədə Vidadi İsayev başçı postunu tutur.

2010-cu ildən Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə, Süleyman Mikayılov Bakının Qaradağ rayonuna rəhbərlik edir.

2009-cu ildən Bayram Səfərov Şuşanın, Mübariz Əhmədzadə Zaqatalanın icra başçısıdır.

Şair Alxasov Qusarın icra başçısı vəzifəsinə 2007-ci ildə gətirilib.

Abdin Fərzəliyev 2005-ci ildən Bakının Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışır.

Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.

Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyin edilib.

Yerli icra hakimiyyəti başçılarının təyinatı prezidentin səlahiyyətindədir. (Novator.az)