Azərbaycanda kimlər 10 ildən çoxdur icra başçısı postunu tutur? –Sırada 29 ildir başçı olanı da var (SİYAHI)

Azərbaycanın 17 rayonunda icra hakimiyyəti başçısı vəzifəyə 10 il öncə və ya daha əvvəl təyin olunub.

2011-ci ildən Qobustanda Adil Məmmədov, Füzulidə Alı Alıyev, Oğuzda Eyvaz Qurbanov, Daşkəsəndə Əhəd Abıyev, Balakəndə İslam Rzayev, Zəngilanda Ramiz Həsənov, Bərdədə Vidadi İsayev başçı postunu tutur.

2010-cu ildən Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə, Süleyman Mikayılov Bakının Qaradağ rayonuna rəhbərlik edir.

2009-cu ildən Bayram Səfərov Şuşanın, Mübariz Əhmədzadə Zaqatalanın icra başçısıdır.

Şair Alxasov Qusarın icra başçısı vəzifəsinə 2007-ci ildə gətirilib.

Abdin Fərzəliyev 2005-ci ildən Bakının Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışır.

Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.

Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyin edilib.

Yerli icra hakimiyyəti başçılarının təyinatı prezidentin səlahiyyətindədir. (Novator.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayram Məmmədovun atası oğlunun meyitinə baxış keçirib

Sonrakı məqalə

Bakıda ən çox maaşı Səbaildə, ən az maaşı Binəqədidə işləyənlər alır –