Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə çatıb

- 44 nəfər sağalıb, 7 nəfər ölüb
06 Aprel 2020 - 15:44

Azərbaycanda indiyədək 641 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilir ki, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.