Azərbaycanda Ramazan ayı başlayıb

25 Aprel 2020 - 00:28

Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir.

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-də qeyd olunacaq.