Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

- Səbəb
11 Fevral 2020 - 16:30

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan “Bahçeci Bakı Tibb Mərkəzi” ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Bahçeçi Bakı Tibb Mərkəzi” Qadın Sağlamlıq Mərkəzinin məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Bahçeçi Bakı Tibb Mərkəzi” 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan “Bahçeci Sağlık Grubu”na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir/Report.