Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirilib

08 Sentyabr 2020 - 14:48

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov Ağcabədidə yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Bu barədə APA-ya aşıq Mübariz Camaloğlu məlumat verib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.