“Azərbaycandan İrana gedən avtobusların hərəkəti dayandırılmayıb” –

Avtomobil Nəqliyyatı Xidməti açıqlama yaydı
24 Fevral 2020 - 09:52

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlama verib. O, bildirib ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq”, – deyə N. Allahyarova qeyd edib.