“Azərbaycandan İrana gedən avtobusların hərəkəti dayandırılmayıb” –Avtomobil Nəqliyyatı Xidməti açıqlama yaydı

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlama verib. O, bildirib ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq”, – deyə N. Allahyarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran ordusu koronovirusla mübarizə üçün ayağa qaldırılıb

Sonrakı məqalə

Yasamalda 83 yaşlı qoca kişi arvadını bıçaqlayıb –