Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib- Dövlət başçısı

Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar, müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

“Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq”, – deyə dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə verməyə çalışacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?