Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 13,2 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin analoji dövründə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Hindistan gəlir.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% artaraq 28 276,89 mln. dollar təşkil edib.