Azərbaycanın dövlət borcu 25 milyard manatdır –Borclar hansı valyuta ilə götürülüb?

 Azərbaycanın dövlət  borcunun ümumi  məbləği 25 milyard 686,1 milyon manat təşkil edir. Bura həm xarici, həm də daxili borclar daxildir. Bu, ÜDM-in  21,2  faizidir.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin gələn ilin icmal büdcəsi ilə bağlı açıqlamasında qeyd olunub.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon dolları vəya 17,0 faiz azalıb.

Bunun da əsas  səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk 6 ayı ərzində xarici  dövlət  borcu  üzrə vaxtı çatmış 1.119,3 milyon dollar məbləğində əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar üzrə 900,0 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi olub.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

2024-cü il 1 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz,

Valyutalar üzrə: ABŞ dolları– 86,8 faiz, avro – 6,0 faiz, yapon yeni – 3,0 faiz, digər valyutalar – 0,6 faiz.

Qeyd olunan tarixə,  dəyişkən  faiz  dərəcəsi  ilə  olan  öhdəliklər  xarici  borc  məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib.

Xarici dövlət borcunun 42,1 faizi 5 ilə qədər olan müddətdə, 49,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.