Azərbaycanın üç filiz yatağının istismarı Türkiyəyə verildi –

Müqavilə imzalandı
30 Sentyabr 2021 - 19:02

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir atılan bu mühüm addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyinə inandığını qeyd edib.