“Azərbaycanın uğurlarının müəllifi İlham Əliyevdir” –ƏLİ İNSANOV

“Bu gün, dünya ölkələrinin də qəbul etdiyi siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə Azərbaycanın uğurları modelinin müəllifi və aparıcısı İlham Əliyevdir”.
Azpost.info bildirir ki, bu sözləri Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov dövlət başçısının fəaliyyəti ilə bağlı danışarkən bildirib.
Ə.İnsanov deyib ki,  bu gün, Avropa Birliyinin iqtisadi cəhətdən lokomotivi Almaniyadırsa, Türk Dünyası Birliyinin bütün sahələrdə böyük uğurlara və iqtisadi inkişafa imza atmış lokomotivi Azərbaycandır.
“Prezident İlham Əliyevin qürurverici çıxışını dinləyərkən son illər ərzində Turan Birliyinin siyasi, iqtisadi və coğrafi cəhətdən perspektivli və Turan Birliyinin yaranmasında Azərbaycanın böyük rol oynadığı açıq-aşkar görünür.
’’ Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur ’’ deməklə Azərbaycanın Dövlət Başçısı İlham Əliyev Türk dövlətləri üçün vacib və real olan Turan Birliyinin, Türk xalqlarının gələcəkdə inkişafının, yüksək rifahının, güclü dövlətçiliklərinin, həqiqi suverenliklərinin və Beynəlxalq təhlükəsizliklərinin yeganə qarantı olmasını uca səslə dilə gətirir və bütün Türk dövlətlərini birliyə səsləmiş olur” –  HƏP sədri Əli İnsanov vurğulayıb.
Əvvəlki məqalə

Ermənistan KTMT-yə üzvlük haqqı ödəmkdən imtina edir

Sonrakı məqalə

Putin yaxın həftələrdə Şimali Koreyaya səfər edəcək