Aprelin 29-dan Azərbaycanın Ukraynanın Kiyev şəhərindəki səfirliyi fəaliyyətini bərpa edib.
Xarici İşlər Nazirliyindən səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32
Səfirliyin konsulluq şöbəsinin təhlükəsizlik şəraiti nəzərə alınmaqla aprelin 30-dan aşağıdakı qrafik üzrə hər gün işləyəcək:
Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi – 15:00-18:00
Eyni zamanda, səfirliyin konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
Qeyd edilib ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi mayın 6-dək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin vəziyyətlə əlaqədar olaraq Azərbaycanda verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün olmayacağı bildirilib.