“Azərbaycanla münasibətlərdə böhran yaşandığını söyləmək olmaz” –PUTİN

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz.

APA xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əks halda ölkələr iqtisadi əlaqələrin inkişaf etdiyini görməzdilər.

“Dövlətlərarası münasibətlərdə bu nə böhrandır? Bu, emosiyaların böhranı idi – və başa düşüləndir. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Və bunu həll etmək üçün bizə vaxt lazım idi”, – deyə Rusiya prezidenti vurğulayıb.

Putin ümid edir ki, ölkələr “səhifəni çeviriblər” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.