Azərbaycanlı gənc Moskvada 3 polisi bıçaqlayıb –İŞİD üzvü olduğu iddia olunur

Hüseyn Hacıyev adlı bir Azərbaycan vətəndaşı Moskva ticarət mərkəzindəki mühafizəçini bıçaqlayaraq qaçıb.

AzPost bildirir ki, bu barədə Rusiyalı hərbi müxbiri Oleq Bloxin özünün Telegram kanalında yazıb.

Hərbi müxbirinin sözlərinə görə, Hacıyev Moskvanın Orexovı bulvarındakı ticarət mərkəzində mühafizəçinin ona ictimai yerdə namaz qılmasını qadağan etməsindən sonra ona bıçaqla hücum edib.

Bloxin qeyd edib ki, mühafizəçini bir neçə dəfə bıçaqladıqdan sonra yetkinlik yaşına çatmayan cinayətkar ticarət mərkəzindən çıxıb. Mühafizəçi təcili tibbi yardımla xilas edilib.

Onun sözlərinə görə, polis əməkdaşları Hüseyni həmin gün tapıb saxlayıblar. Həbs zamanı o, müqavimət göstərib və iki zabiti bıçaqlayıb.

Bu işin daha maraqlı detalları sonradan ortaya çıxıb. Məlum olub ki, Hacıyev sədaqət andı içdiyi cihadçı terrorçu İŞİD qrupunun tərəfdarıdır. Namaz qılmaq hadisəsi planlaşdırılmış terror hücumunun bir hissəsi olub. O, ictimai yerdə namaz qılmaq qadağanından mühafizəçiyə hücum etmək üçün bəhanə kimi istifadə edib.

Xatırladaq ki, Moskva ticarət mərkəzində bıçaqlı hücum 24 noyabrda baş verib. Lakin cinayətkarın şəxsiyyəti və motivləri barədə təfərrüatlar açıqlanmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.