Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“Azərişıq” COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Orkhan Ali 07 Noyabr 2024 - 14:13 (Last updated: 21 May 2025 - 20:15)
17309746081984913245_1200x630

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari il noyabrın 11-22-də keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

ASC-dən bildirilib ki, səhmdar cəmiyyət üzrə Mərkəzi Qərargah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq, tədbirin keçiriləcəyi bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz, yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.

Həmçinin “Azərişıq” ASC və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi qərargah, yerli struktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilib.

Bundan əlavə, “Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 Əməliyyat Şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunub. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilib.

Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə 199 – Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırıb. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal “Azərişıq” ASC-nin 199 – Çağrı Mərkəzi, rəsmi feysbuk və instaqram səhifələrinə müraciət etmələri xahiş olunur.

Post navigation

Previous: Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
Next: Dünya dini liderləri Ağdam Cümə məscidində camaat namazı qılıb

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11
Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir. “Armtimes“ xəbər verir ki, bunu Ermənistanın...
Read more about Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək gurcustan-bayraq
  • Siyasət

Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək

User 22 Oktyabr 2026 - 12:09
FIFA: Azərbaycan dünya çempionatına hazırdır fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.