“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir” –Jirinovskinin siyasi varisi

“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir. Azərbaycan uzun illərdir mənim qəlbimdə yaşayır”.

Bunu Azərbaycanın Rusiyadakı Səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə keçirilən mərasimə qatılan Rusiya Liberal Demokrat Partiyasının yeni seçilmiş lideri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün Azərbaycan çiçəklənən iqtisadiyyat deməkdir. Bu gün Azərbaycan elə bir ölkədir ki, ora getməkdən doymursan, yenə getmək istəyirsən. Prezident İlham Əliyev öz ölkəsi üçün heyrətamiz uğurlar əldə edib. O, Azərbaycanı enerji asılılığı olmayan ölkəyə çevirib. İlham Əliyev həlli mümkün olmayan vəzifələrin öhdəsindən gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun koordinasiyası ilə ölkə hüdudlarından kənarda böyük əhəmiyyətə malik layihələr həyata keçirilib. Mən bizə yaxın olan Azərbaycan xalqını Müstəqillik Günü bayramı münasibətilə təbrik edirəm”, – rusiyalı siyasətçi qeyd edib.

Əvvəlki məqalə

Mehriban Əliyeva xalqı Müstəqillik Günü münasibətilə təbrik edib

Sonrakı məqalə

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək