Azərbaycan bu gündən Qafan yolunda nəzarət-buraxılış məntəqəsi yaradır

Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

Azpost.info APA-ya istinadən bildirir ki, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mən olsam da, olmasam da, Azərbaycan irəli” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi